Ermənistan artıq başa düşür ki, firavanlığın yolu səmərəli əməkdaşlıqdan keçir və bu çox yaxşı haldır.
Demokrat.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunun Orta Dəhlizə həsr edilmiş panel müzakirəsində söyləyib.
Nazir moderatorun “Ermənistan və Azərbaycan arasında davam edən gərginlik Orta Dəhliz layihəsini reysdən çıxarmaq riski yaratmır ki?” sualına cavabında deyib:
“Azərbaycan əməkdaşlığın doğurduğu qarşılıqlı asılılıqdan heç vaxt narahat olmayıb. Əməkdaşlıq varsa müəyyən səviyyədə qarşılıqlı asılılıq var. Cahil yanaşma budur ki, sən hamıdan azad olduğunu düşünürsən. Əməkdaşlıq etdiyin zaman anlayırsan ki, qarşılıqlı asılılıq sabitlik, sabitlik isə nəhayətində firavanlıq gətirir”.
R.Nəbiyevin sözlərinə görə, Ermənistanın 4 qonşusundan ikisi ilə əlaqəsi var. Bu isə o deməkdir ki, o, əlaqələrinin heç 50 faizinə də malik deyil. Azərbaycanın isə 5 qonşusundan yalnız biri ilə heç bir əlaqəsi yoxdur ki, bu da 20 faiz təşkil edir.
“Bu yaxşı haldır ki, Ermənistanda anlamağa başlayıblar ki, firavanlığın yolu əməkdaşlıq, stabillik formulundan keçir”, - deyə R.Nəbiyev vurğulayıb.