Bakının Xəzər rayonunda 1987-ci il təvəllüdlü Telman toy məclisində dava salıb, tanışı Asifə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 15-də, saat 21 radələrində Binə qəsəbəsində fəaliyyət göstərən “Luks Plaza” şadlıq sarayında baş verib.
Telman heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib. O, ətrafda olan şəxslərin gözü qarşısında aralarında baş vermiş mübahisə zamanı Asifin üz nahiyəsindən bir dəfə yumuqla zərbə vurub.
Bundan sonra davam edən dava-dalaş zamanı şadlıq sarayının qarşısında Asifə badalaq vuraraq yerə yıxıb, yerdə olan zaman yumruqla baş nahiyəsində, təpiklə bədən nahiyəsindən vurub.
Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Telmanın barəsində olan cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş hakim Zaur Tağıyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, noyabrın 15-də Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında dostu Məmmədin oğlu Kamalın toy məclisi keçirilib: “Məmməd məni toya dəvət etdiyindən həmin gün toyda iştirak etdim. Təxminən saat 21 radələrində Məmməd və onun həyat yoldaşı Mətanət mənə yaxınlaşaraq, Anarın içki içərək mübahisə yaratdığını bildirdi. Məndən xahiş etdi ki, böyük kimi Anarı sakitləşdirim. Bundan sonra restoranda Anarın yanına getdim. Anarın qardaşı Asif ilə mahnı üstündə mübahisə yaratdığını gördüm. Anarı sakitləşdirmək üçün onu restoranın zalından çıxardım və mübahisə yaratmamağı xahiş etdim. Anarı sakitləşdirən zaman Asif qəflətən məni vurdu. Bundan sonra Asifin sifət nahiyəsinə şillə vurdum”.
Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi ifadəsi arasında ziddiyyətlər müəyyən edib. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi məhkəmədə açıqlanıb.
Təqsirləndirilən Telman ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 15-də dostu Məmmədin oğlu Kamalın toy məclisi keçirilib:
“Məmməd məni toya dəvət etdiyindən həmin gün toyda iştirak etdim. Təxminən saat 21 radələrində Məmməd və onun həyat yoldaşı Mətanət mənə yaxınlaşaraq, Anarın içki içərək mübahisə yaratdığını bildirdi. Məndən xahiş etdilər ki, böyük kimi Anarı sakitləşdirim. Bundan sonra restoranda Anarın yanına getdim və Anarın qardaşı Asif ilə mahnı üstündə mübahisə yaratdığını gördü. Anarı sakitləşdirmək üçün onu restoranın zalından çıxardım və mübahisə yaratmamağı xahiş etdim. Anarı sakitləşdirən zaman Asif qəflətən başımın arxa nahiyəsindən yumruqla zərbə vurdu. Onun üz nahiyəsindən bir dəfə zərbə endirdim. Bundan sonra Asif həyətə çıxdı. Həyətdə olan zaman aramızda yenidən dava-dalaş hadisəsi baş verdi. Asifi vurdum. Bundan sonra kənarda olan şəxslər bizi araladılar. Bundan sonra yaşadığım evə getdim”.
İş üzrə zərərçəkmiş Asifin sözlərinə görə, noyabrın 15-də “Luks Plaza” şadlıq sarayında qaynı Kamalın toy məclisində iştirak edib: “Həmin toyda bir qədər araq içdim. Təxminən saat 21 radələrində toyda olan zaman mənim rəqs etdiyim oyun havasını Telman adlı şəxs saxlatdırdı. Ona yaxınlaşaraq nə üçün mənim havamı saxlatdırdığını bildirdim. Bu zaman üz nahiyəmdən yumruq zərbəsi vurdu. Zərbənin təsirindən yerə yıxıldım”.
Zərərçəkmiş deyib ki, bundan sonra toyda olan şəxslər onu restorandan çıxarıb və təxminən 15 dəqiqə onu restorana buraxmayıblar: “Restoranın həyətinə çıxdım. Restoranın həyətində Telman ilə aramızda yenidən dava-dalaş hadisəsi baş verdi. Telman məni vurduğu üçün mən də onun üz-baş nahiyəsindən bir neçə dəfə zərbə endirdim. Həmin vaxt Telman mənə badalaq verərək yerə yıxdı. Yumruqla başımdan bir zərbə vurdu, təpiklə isə ayağıma və belimə zərbələr vurdu. Ayağa qalxana kimi Telman qaçaraq getdi. Bundan sonra restorana qalxmaq istiyərkən qardaşım Anar yanıma gəldi. Biz taksi çağıraraq oradan uzaqlaşdıq. Yolda olarkən qardaşım Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng vuraraq hadisə barədə məlumat verdi”.
Məhkəmənin hökmü ilə Telmanın aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 11 ay 26 gün müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az