Siyasət

XİN başçılarının növbəti iclasında Ermənistan-Azərbaycan məsələsi müzakirə olunacaq

XİN başçılarının növbəti iclasında Ermənistan-Azərbaycan məsələsi müzakirə olunacaq

Ermənistan-Azərbaycan məsələsi noyabrın 13-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclasında müzakirə olunacaq.

Bunu "Report"un sorğusuna cavab olaraq Avropa Komissiyasından bildirilib.

Bildirilib ki, vaxt məhdudiyyətinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin bugünkü görüşündə Ermənistan-Azərbaycan məsələsini müzakirə etmək mümkün olmayıb və təxirə salınıb. Buna görə də məsələ nazirlərin növbəti iclasının gündəliyinə salınmalıdır.

D
demokrat.az