Netanyahudan XƏBƏRDARLIQ: Hizbullah döyüş əməliyyatlarına qoşulacaqsa...

DÜNYA 22 okt 2023, 20:48
İsrail Baş naziri Benjamin Netanyahu Livandakı Hizbullah hərəkatına xəbərdarlıq edib.

Bizim.Media 
TASS-a istinadən xəbər verir ki, o, ölkənin şimal sərhədində hərbçilərlə görüşündə deyib ki, əgər Hizbullah hərəkatı tam münaqişəyə daxil olarsa, həyatlarında ən böyük səhvə yol vermiş olar.

Baş nazir qeyd edib ki, Hizbullah hərəkatının İsraillə döyüş əməliyyatlarına tam qoşulacağına qərar verib-verməyəcəyini deyə bilməz: 

“Əgər Hizbullah belə qərar verərsə, biz təsəvvür edə bilməyəcəkləri zərbə endirəcəyik. Bu, həm Hizbullah, həm də Livan dövləti üçün dağıdıcı təsirə malik olacaq. Biz istənilən ssenariyə hazırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top