"Azəriqaz"la "Gəncə Cihazqayırma Zavodu" ASC arasında müqavilə imzalandı

SOSİAL 20 okt 2023, 12:53
SOCAR "Azəriqaz" İstehsalat Birliyi ilə "Gəncə Cihazqayırma Zavodu" ASC arasında məişət tipli qaz sayağaclarına olan tələbatın yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə müqavilə imzalanıb.

Demokrat.az
xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində sayğaca olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq. 

Əməkdaşlıq çərçivəsində qaz sayğaclarının alqı-satqısı yerli istehsalla həyata keçiriləcək, yerli sahibkarlığın inkişafına dəstək veriləcək, xarici valyutanın ölkədən çıxmasının qarşısı alınacaq, həmçinin qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılması təmin ediləcək.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top