4 boksçumuz bürünc medal qazandı

İDMAN 14 okt 2023, 12:40
Azərbaycanın dörd boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda bürünc medalla kifayətlənib.

Demokrat.az xəbər verir ki, Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb.

Bu görüşlərdə rəqiblər mərhələ adladığından, boksçularımızın 4-ü də yarışı bürünc medalla başa vurublar.

63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov finalda mübarizə aparacaq. Milli üzv çempionluq uğrunda Qabil Məmmədovla (Rusiya) döyüşəcək.//Qafqazinfo
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top