“Bakının bundan sonrakı hədəfi Zəngəzur dəhlizidir” — Abramyan

XARİCİ SİYASƏT 06 okt 2023, 09:15
“Azərbaycan “Zəngəzur dəhlizi” deyilən məsələni regional kommunikasiyaların açılması ilə əlaqələndirərək irəli sürməyə çalışır”.

Demokrat.az
erməni mediasına istinadən xəbər verir ki, bu barədə oktyabrın 5-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan deyib.

Bu hal, onun fikrincə, İrəvanla Bakı arasında münasibətlərdə böyük maneə və gərginlik yaradır.

“Bölgəmizdə hərbi-siyasi nöqteyi-nəzərdən yaşadığımız gərginlik kifayət qədər ciddi şəkildə qalmaqda davam edir”, – deyə Abramyan qeyd edib.(Musavat.com)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top