Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Xalq artisti Fəxrəddin Manafovu 63 yaşı olması münasibətilə təbrik edib.
Demokrat.az publika-ya istinadən xəbər verir ki, Leyla Əliyeva yazıçı Anarın "Beşmərtəbəli binanın altıncı mərtəbəsi" romanı əsasında, Rasim Ocaqovun lentə aldığı "Təhminə və Zaur" filmindən görüntülər paylaşaraq aktyora olan sevgsini belə ifadə edib:
“İstedadlı aktyor və böyük insan, əziz Fəxrəddin Manafovu təbrik edirik!
Qeyd edək ki, Xalq artisti Leyla Əliyevanın ən çox sevdiyi azərbaycanlı aktyorlardan biridir.