“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlandı

İDMAN 30 sen 2023, 15:38
“Neftçi”nin zədəli futbolçusu Andre Şinyaşiki gələn həftə komanda ilə məşqlərə qoşulacaq.

Bu barədə Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.

O, 26 yaşlı hücumçunun hazırda müalicə və fərdi hərəkətlərlə kifayətləndiyini söyləyib.
Qeyd edək ki, braziliyalı oyunçu “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın VII tur oyununda əzələsindən zədə alıb.

“Neftçi” bu gün VIII turda “Turan Tovuz”un qonağı olacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top