“Kontakt” şəhid və qazi ailələrinə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət edir

SOSİAL 30 sen 2023, 09:34
“Kontakt” şəhid və qazi ailələrinə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət edir

“Kontakt” mağazalar şəbəkəsi sentyabrın 19-u başlayan antiterror tədbirlərində şəhid olan və I qrup əlillik dərəcəsi alan hərbçilərin ailələrinə, həmçinin II qrup əlillik dərəcəsi alan hərbçilərə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət ünvanlayıb:

“Əbədi torpaqlarımızı əzəli sahiblərinə qovuşduran bütün hərbçilərimizə sonsuz ehtiramımızı çatdırır, şəhidlərimizin ailələrinə başsağlığı, yaralılarımıza isə şəfa diləyirik.

-    Şəhid olan müştərilərimizin yaxın ailə üzvlərinə;
-    II qrup əlillik dərəcəsi alan müştərilərimizə;
-    I qrup əlillik dərəcəsi alan müştərilərimizin həm özləri, həm də yaxın ailə üzvlərinə
*6060 – Çağrı Mərkəzimizə məhsul üzrə borcların silinməsi ilə əlaqədar müraciət etmələrini xahiş edirik.


Qeyd: Yaxın ailə üzvləri dedikdə, müştərilərin valideynləri, övladları və həyat yoldaşları nəzərdə tutulur.”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2023, 14:15
Top