İngiltərədə məktəb avtobusu aşdı: Ölənlər var

HADİSƏ 29 sentyabr 2023, 20:27
İngiltərədə məktəb avtobusu avtomobillə toqquşaraq aşıb.

Demokrat.az
xəbər verir ki, hadisə İngiltərənin Mersisayd bölgəsində baş verib.

Belə ki, 54 nəfərin olduğu məktəb avtobusu minik avtomobili ilə toqquşub və aşıb.

Qəzadan yerinə təcili tibbi yardım və helikopterlər göndərilib.

İlkin baxış zamanı, qəzada sürücü və məktəbli bir qızın öldüyü öyrənilib.

Qəzadan sonra magistral yol hər iki istiqamətdə nəqliyyata bağlanıb, hadisə ilə bağlı araşdırma aparılır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top