Bəzi insanlar vəfat etdikdən sonra sağlam orqanlarının bağışlanmasını vəsiyyət edirlər. Sağlığında orqan donoru olanlar da var.
İlahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında dini baxımdan mövzuya yanaşıb. O deyib ki, İslam dini fədakarlığı yüksək qiymətləndirir:
“Qurani-Kərimdə buyurulur ki, bir insanı xilas etmək bütün insanlığı qurtarmağa bərabərdir. Doğrudur, Peyğəmbərimizin dövründə orqan nəqli olmayıb. Ona görə də bu məsələyə baxış 21-ci əsrdəkindən fərqli olub. Günümüzdə buna kökdən bir yanaşma var – insan həyatını xilas etmək. Necə ki, bir insan digərinə qan verir, vəfat etdiyi zaman da donor kimi öz orqanlarını bağışlaya bilər.
Sadəcə burada incə bir məqam var. Bədənimiz Allahın mülküdür. İnsan Allahın əmanətini sata bilməz. Qadağan olunan budur. Bunu bağışlayacağına dair vəsiyyət etməsində isə problem yoxdur.
Hər bir orqanın insan bədənində bir funksiyası olduğu kimi mənəvi yükü də var. Əllərimiz, ayaqlarımız, dilimiz, gözlərimiz – hamısının öz vəzifəsi var. İnsan ona verilmiş əmanəti qorumaqla mükəlləfdir. Zərurət olmadan ona xəsarət yetirmək, satmaq olmaz. Tibbi ekspertizaya ehtiyac varsa və ya hər hansı xəstəliklə bağlı əməliyyatla xəstə orqanın götürülməsi lazımdırsa, bu hallar istisna insanın orqanlarını çıxarıb, dəfn etmək doğru deyil”.
Törə Zeynallı
Demokrat.az