FETÖ əməliyyatı: 7 nəfər saxlanıldı

REGİON 28 sen 2023, 11:03
Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Prokurorluğun Cinayət Şöbəsi qrupları, terrorun maliyyələşdirilməsində əli olan şübhəlilərin tutulması üçün əməliyyat başlatıb.

Əməliyyat nəticəsində terror təşkilatına üzv olan daha 7 nəfər saxlanılıb.

Saxlanılanlar polis bölməsinə aparılıb, araşdırmalar davam etdirilir.

Aysu 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top