Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var

HADİSƏ 27 sen 2023, 00:14
Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ" markalı minik avtomobilinin traktorla toqquşması nəticəsində Mingəçevir şəhər sakinləri, 1990-cı il təvəllüdlü Xətai Seydov və 1988-ci il təvəllüdlü Müşfiq Əliyev müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top