Millimizdə oynamış futbolçu cəzalandırıldı

İDMAN 23 sen 2023, 18:30
Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Mahmud Məmmədov iki illik futboldan kənarlaşdırılıb.

Prosport.Az-ın xəbərinə görə, əvvəl I divizionun “Zaqatala” klubunda oynamış futbolçunun cəzalandırılmasına səbəb dopinqdən istifadə etməsidir.

Onun idmanda istifadəsi qadağan edilmiş hormon və metabolik modulyatorlar/meldonium maddəsindən istifadə etdiyi sübuta yetirilib. Bu səbəbdən Azərbaycan Milli Antidopinq Agentliyi onu 24 aylıq futboldan kənarlaşdırıb.

Gənc futbolçunun cəzası ötən ilin 28 iyunundan hesablandığından, sanksiya müddəti 27 iyun 2024-cü ildə başa çatacaq.

Qeyd edək ki, Mahmud Məmmədov 20 yaşadək millimizdə də çıxış edib. O, ötən ilin iyununda Özbəkistan U-20-si ilə Bakıda keçirilmiş yoxlama oyunlarında meydanda olub və 24 nömrəli formanı geyinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top