Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib — FOTOLAR

DAXİLİ SİYASƏT 23 sen 2023, 16:05
Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.

Demokrat.az xəbər verir ki, yanacaqla dolu 2 nəqliyyat vasitəsi Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda yanacaq daşıyan nəqliyyat vasitələri Xankəndi istiqamətində hərəkət edir.

Yanacağın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.//Report




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top