Aİ ukraynalıların müdafiəsini genişləndirir

DÜNYA 19 sen 2023, 18:57
Avropa İttifaqı (Aİ) ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Müdafiə Direktivinin qüvvədə olma müddətini bir il uzadacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə Aİ Komissiyanın verdiyi yazılı açıqlamada bildirilib.

Açıqlamaya görə, Komissiya Aİ Şurasına ukraynalılar üçün müvəqqəti müdafiənin 4 mart 2024-cü ildən 3 mart 2025-ci ilə qədər uzadılmasını təklif edib.

Komissiyanın təklifi Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Müvəqqəti Mühafizə Direktivindən faydalanan təxminən 4 milyon ukraynalı var.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top