Rusiyada dəhşətli hadisə: - 4 azərbaycanlı diri-diri yandı (VİDEO)

DÜNYA 30 iyl 2019, 19:19

Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın baş verib.

 

Demokrat.az  xəbər verir ki, bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb.


Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizinin yanıb. Məlumata görə, ölənlərin hamısı azərbaycanlıdır. Onlar 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü həmvətənlərimizdir. Onlardan biri istixananın sabiq rəhbəridir.

 

2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə ümumilikdə 20 işçi olub.

 

Qəzanın səbəbləri və dəymiş zərərlə bağlı araşdırmalar aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top