“Qarabağ məsələsi çözülmədən sülh müqaviləsinin imzalanması mümkün deyil” — AÇIQLAMA

GÜNDƏM 18 sen 2023, 19:06
Baş naziri Nikol Paşinyan deyib ki, mövcud şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması real deyil. O qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur:

“İrəvanın prioriteti sülhə nail olmaqdır. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda – bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər barışmaq istəyir”.

Paşinyanın bu açıqlamasını Demokrat.az üçün şərh edən politoloq Natiq Miri bildirib ki, Qarabağ məsələsi çözülmədən sülh müqaviləsinin imzalanması mümkün deyil:

“İmzalansa belə sadəcə kağız üzərində qalacaq. Ermənistan zaman qazanmaq üçün hüquq və təhlükəsizlik adı altından beynəlxalq mexanizmlərin nəzarətilə məsələnin uzun müddət müzakirə olunmasını tələb edir. Artıq ərazi iddiası ilə çıxış edə bilmir, çünki Azərbaycan Qarabağın çox hissəsini azad edib. Əvəzinə, hüquq və təhlükəsizlik məsələlərini gündəmə gətirir. Bəllidir ki, Azərbaycan beynəlxalq tərəflərin nəzarəti altında gedən danışıqlar prosesini qəbul etməyəcək. Çünki Qarabağ Azərbaycanın daxili məsələsidir, bunun Ermənistanla belə müzakirəsi yolverilməzdir. Ermənistan və onun rəhbərliyinin əlindən bəhanələrini almaq üçün antiterror əməliyyatına ehtiyac var ki, bundan sonra separatçı rejim özünü buraxıb, qaçsın və reinteqrasiya prosesini Azərbaycan özü başlatsın”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top