Cəlilabad rayonunda 1985-ci il təvəllüdlü Vidadi keçmiş həyat yoldaşı Əzizəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 2-də Cəlilabad rayonunun Komanlı kəndində baş verib.
Vidadi keçmiş arvadı Əzizənin yaşadığı evin mətbəxində aralarında şəxsi ədavət zəminində mübahisə yaranıb. Bu zaman Əzizənin sifət nahiyəsinə şillə zərbəsi vuraraq, ona xəsarətlər yetirib.
Hadisəni törədən Vidadinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vidadi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Əzizə ilə 2010-cu ildə rəsmi nikahla ailə həyatı qurub: “Birgə nikahımızdan iki övladımız var. Əzizə ilə rəsmi olaraq 2018-ci il fevralında boşanmışıq. Həmin vaxtdan mən və ailə üzvülərimin Əzizə ilə münasibəti olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ildən Əzizə və övladları onun tikdirdiyi evdə yaşayıblar: “2 iyul 2023-cü il ildə, saat 19 radələrində valideyinlərimin evindən çıxdım və Əzizənin yaşadığı evə getdim. Ona dedim ki, sənin bu evdə nə vaxta kimi yaşamaq fikirin var. Əzizə isə heç bir söz demədi və başını aşağı salaraq suallarıma cavab vermədi. Mən də əsəbləşərək, sol əli milə Əzizənin sifət nahiyyəsinə 1-2 dəfə şillə zərbəsi vurdum. Sonra paltarından tutdum və sürüyərək evdən həyətə çıxartdım. Həyətdə isə 1-2 dəfə əlimlə və təpiklə onun bədəninə, qıçlarına zərbələr vurdum. Bu zaman atam və anam Əzizənin qışqırıq səsini eşitdilər, bizə yaxınlaşdılar.Atam məni həyətdən çıxararaq öz evinə apardı”.
Bu cinayət işinə Cəlilabad rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Vidadinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az