Dünya çempionatı: Azərbaycanın daha dörd güləşçisi mübarizəyə başlayır

İDMAN 17 sentyabr 2023, 12:21
Bu gün Azərbaycanın daha dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Demokrat.az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən Orxan Abasov təsnifat mərhələsində Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən İman Mahdavi ilə üz-üzə gələcək.

57 kq-da Əliabbas Rzazadə 1/16 finalda Zeyn Riçardsla (ABŞ) qarşılaşacaq.

74 kq-da Turan Bayramov eyni raundda bəhreynli Maqomedrasul Asluyevlə, 92 kq-da isə Osman Nurmaqomedov 1/8 finalda Teyvir Bol (Kanada) - Denis Sahaliuk (Ukrayna) cütünün qalibi ilə güləşəcək.

Ötən gün mübarizəyə qoşulan Maqomed-Başir Xaniyev (70 kq) təsəlliverici görüşdə iştirak edəcək. O, polşalı Patrik Olenşinlə üz-üzə gələcək.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top