12 gündür yoxa çıxan Türkmənistan prezidenti ölüb? — İddialar GÜCLƏNİR

DÜNYA 27 iyl 2019, 15:28

12 gündür harada olduğu haqqında heç bir məlumat olmayan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun öldüyü iddia edilir.


Demokrat.az "euronews"ə istinadla xəbər verir ki, adının hallanmasını istəməyən türkmənistanlı səlahiyyətli şəxslərdən biri daha əvvəl də böyrək çatışmazlığı səbəbilə əməliyyat olunmuş prezidentin eyni səbəbdən ölə biləcəyini bildirib.


Türkmənistanın Rusiya Səfirliyindən dünən "TASS" xəbər agentliyinə verilən məlumatda Berdiməhəmmdəovun ölüm xəbəri yalanlansa da onun 15 iyuldan etibarən harada olduğu haqqında məlumat verilməyib.

 

Related image


Sonuncu dəfə 15 iyulda nəvələri ilə birgə kadrlara düşən Türkmənbaşı kitab yazmaq üçün tətilə çıxacağını demişdi.


Türkmən liderə yaxınlığı ilə bilinən bəzi iş adamları isə ayrı-ayrı rus mətbuat orqanlarına prezidentin öldüyü haqqında iddialar səsləndiriblər.


Qeyd edək ki, 2006-cı ildə Türkmənbaşı Saparmurat Niyazovun da öldüyü iddia olunsa da bu fakt xeyli sonra təsdiqlənmişdi.


"Freedom House" adlı beyin mərkəzinin ötən ilki statistik məlumatlarına əsasən Türkmənistan siyasi və mülki azadlıqlar baxımından dünyanın ən geridə qalmış ölkələri sırasında göstərilir.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top