Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü ilə yaradılan “Muğan” Ağır Atletika Klubunun bir ili tamam olub.
Deputat Kamal Cəfərov bizim redaksiyamıza bildirib ki, “Muğan” Ağır Atletika Klubunun Sabirabadda təsis edilməsi regionda ilk dəfə ağır atletika məktəbinin əsası qoyulub. O, qeyd edib ki, 400 kv.m ərazisi olan və idman avadanlıqları ilə təhciz edilmiş idman zalı klub üzvlərinin ödənişsiz istifadəsinə veirlib.
“Regionda ağır atletika üzrə müəllim olmadığından, Azərbaycanın ağır atletika üzrə milli yığmasının sabiq üzvü, Lənkəranda ağır atletika üzrə müəllim işləyən Orxan Əliquliyev bir il müddətinə Sabirabad rayonunda ezam edilmiş, bir yerli trener və 20 uşağa ağır atletika üzrə məşqlər keçimişdir.”
K.Cəfərov qeyd edib ki, region gənclərin inkişafı üçün ən yüksək səviyyədə diqqət təmin edilib. Gənclər və İdman Naziri Fərid Qayıbov və Ağır Atletika Federasiyasının rəhbərliyi ötən il ərzində iki dəfə Sabirabad şəhərinə səfər edib, “Muğan” Ağır Atletika Klubunun üzvləri ilə görüş keçiriblər, onların qayğıları ilə maraqlanıblar.
Klubun təsis edilməsində məqsədimiz Sabirabadda olimpiya idman növünü təbliğ etmək, çempion yetişdirməkdir. İstənilən halda, bu uşaqlar kluba qoşulmaqla sağlam həyat tərzi ilə məşğul olurlar, pis vərdişlərdən yayınırlar. İnanırıq ki, gələcəyin çempionları bu uşaqların arasından olacaq, o məqsədə çata bilməyənlər də gələcək karyerlarını indidən qururlar. Çünki bu uşaqlar gələcəyin idman müəllimi, mütəxəssisidir. Onlar gələcəkdə gənclər və idman sahəsində istənilən qurumda işləyə biləcək.