Həftənin son "Açıq mikrofon" aksiyası Ağdamda baş tutdu — FOTOLAR

SOSİAL 11 avq 2023, 21:02
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti, həftənin isə sonuncu "Səyyar qəbul otağı" Ağdam sakinlərinin ixtiyarında olub.

Vətəndaşlar "Açıq mikrofon"un imkanlarından yararlanaraq qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Görüş zamanı fərdi qazlaşma, qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ünvanlanıb.

Səsləndirilən hər bir müraciət SOCAR "Azəriqaz" İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top