Naxçıvanda keçiriləcək festival istilərə görə təxirə salındı

HADİSƏ 08 avq 2023, 10:17
Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq.

Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.

Qeyd edək ki, festivalın avqustun 25 və 26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, son günlər Azərbaycanda havanın temperaturu artıb və bununla bağlı əhaliyə xəbərdarlıq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top