Cəlilabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

HADİSƏ 05 avq 2023, 12:40
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Demokrat.az
xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı iki avtomobil və "Mercedes" markalı bir minik maşını toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Cavid İsmayılov və 1956-ci il təvəllüdlü Mirhəsən Abdullayevdir. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top