"Zelenski Vaşinqtonu təhlükə qarşısında qoyur"

DÜNYA 01 avq 2023, 17:12
"Ukrayna prezidenti Volodimir Zelenski mülki infrastruktura terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükə qarşısında qoyur".

Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O deyib ki, Zelenskinin hücumları ABŞ ictimaiyyəti üçün təhlükə yaradır: 

"O, bu tip hücumlar təşkil etməklə sadəcə Vaşinqtonu təhlükə qarşısında qoyur. ABŞ prezidenti Co Bayden də bu terrora sponsor olur. 

Ukrayna bu hücumlarla daha çox dəstək almağa çalışır. Hətta Ukrayna daha çox dəstək almaq üçün Ağ Ev'i təhdid edir".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top