Bakıda gözəllik salonunda arvadını öldürəndən XƏBƏR VAR

KRİMİNAL 31 iyl 2023, 18:27
Bakının Binəqədi rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsrafil Yusifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az
-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

İttihama görə, bu ilin aprelin 13-də Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top