İlkin Rüstəmzadə ilə Altay Göyüşov arasında qalmaqal — “Küçə söyüşləri ilə söyür...”

HADİSƏ 28 iyl 2023, 16:42
İctimai fəal İlkin Rüstəmzadə ilə digər ictimai fəal Altay Göyüşov arasında qalmaqal yaranıb.

Demokrat.az
-ın xəbərinə görə, İ.Rüstəmzadə bildirib ki, Altay Göyüşova bir neçə dəfə xəbər göndərib.

“Dəfələrlə yığmışam ki, ayıbdır, 2 tanınmış şəxsin belə dalaşması utancdır. Bitirək bu mənasız davanı. Ertəsi gün girib məni söyür. Harda gəldi yazır ki, İlkin satqındır. Yaxşı, İlkin satqındır, agentdir. Daha hamınıza tüpürüb çəkilmişəm kənara, avtoservisdə işləyirəm, maşın düzəldirəm. Normal yazsa cəhənnəm e, küçə söyüşlərilə yazır. Ölkədə haqsızlıq olanda hamıdan artıq səs çıxarıram. Daha nə etməliyəm? Məndən nə istəyirsiz axı? Nə vermisiniz mənə ala bilmirsiz? Gəlib mənə ağıl öyrədirlər ki, ayıbdır. Mən bilmirəm ki, ayıbdır? 60 yaşında adamdır, ona deyin də bir kəlimə. Durduq yerdə girib məni söyür, mən də cavab yazanda oluram pis”, - İ.Rüstəmzadə qeyd edib.
   
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top