Məişət tullantılarının yandırılmasına görə bir neçə obyekt sahibi cərimələnib

SOSİAL 27 iyl 2023, 20:59
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun Qəçrəş kəndindəki “Aynur” istirahət mərkəzinin, Xudat şəhərində yerləşən "Gold" və "Eko" marketlərin, Füzuli rayonu, Mahmudlu-2 kəndindəki “Real” marketin, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Xəzər sahili zolağında fəaliyyət göstərən "Həyat" istirahət mərkəzinin, İmişli rayonu, Xubyarlı kəndində "Mirislam" MMC-yə məxsus qum-çınqıl karxanasının və həmin kənddə yerləşən avtomobil təmiri sexinin fəaliyyəti zamanı formalaşan istehsalat və məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O deyib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, “Aynur” istirahət mərkəzinin iş icraçısı İlqar Dadaşov, "Gold" marketin sahibi Nazir Əliverdiyev, "Eko" marketin sahibi Məhəmməd Aydəmirov, “Real” marketin nümayəndəsi Asif Atazadə, "Həyat" istirahət mərkəzinin sahibi İsgəndər Sadıxov, “Mirislam" MMC-nin rəhbəri Rabil İsayev və avtomobil təmiri sexinin sahibi İldırım Verdiyev barəsində qanunamüvafiq tədbirlər görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top