Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə "Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydası” təsdiq edilib.
Qayda kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturunu, yaradılması və aparılmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
Reyestr kritik informasiya infrastrukturu obyektləri ilə bağlı informasiya proseslərinin həyata keçirilməsi, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizənin həyata keçirilməsi ilə bağlı tədbirlərin planlaşdırılması və icra olunması məqsədilə təhlillərin aparılması üçün nəzərdə tutulan informasiya sistemidir.