Ananın qucağından düşən körpə dünyasını dəyişdi

HADİSƏ 14 iyl 2023, 19:20
Türkiyənin Ədirnə vilayətində 7 aylıq körpə anasının qucağından üzü üstə yıxılaraq dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, gənc ana diqqətsizlikdən 7 aylıq körpəsinin yerə düşməsinə səbəb olub.

Nəticədə körpənin anidən ürəyi dayanıb və nə edəcəyini bilməyən qadın qonşulardan kömək istəyib.

Qonşuluqda yaşayan tibb bacısı dərhal müdaxilə etməsinə baxmayaraq, körpəni xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, gənc qadın polis tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top