4 yaşlı uşağın gözünə bıçaq batdı

HADİSƏ 13 iyl 2023, 23:09
Türkiyənin Bursa vilayətində 4 yaşlı uşağın gözünə meyvə bıçağı batıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Azyaşlı evdə oyun oynayarkən anidən yerə yıxılıb və əlindəki meyvə bıçağı gözünə batıb. 

Ailə üzvləri uşağı dərhal xəstəxanaya çatdırıb. 

Həkimlər tərəfindən müdaxilə edilsə də uşağın görmə qabiliyyətini itirdiyi məlum olub.

Polis məsələ ilə bağlı araşdırmalara başlanıldığını bildirib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top