İyulun 11-də Vilnüsdə NATO sammiti keçiriləcək. Ukrayna Prezident Ofisi bu barədə gözləntisini açıqlayıb.
Ukraynalı rəsmilər vurğulayıb ki, ölkənin NATO-ya üzvlük məsələsində mövqeyi konkretdir. Qərb Ukraynanın Alyansa üzvlüyü ilə bağlı aydın və qəti fikir bildirməlidir. NATO-dakı Ukrayna Avropanın təhlükəsizliyinin təməl daşıdır.
Kremlin mətbuat rəhbəri Peskovsa Ukraynanın NATO-ya daxil olmasının Avropanın təhlükəsizlik arxitekturası üçün çox mənfi nəticələnəcəyini, bunun Rusiya üçün də mütləq təhlükə, təhdid olacağını vurğulayıb.

Ukraynanın alyansa üzvlüyü Avropa üçün hansı nəticələr verə bilər?
Bu, həqiqətən təhlükədir yoxsa müsbət nəticələri olacaq bir qərar?
Uzun müddətdir Alyansa üzv olmağa can atan Ukrayna bu istiqamətdə hər hansı irəliləyişə nail ola bilibmi?
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, indiki vaxtda Ukrayna NATO-ya daxil olmağa hazır deyil.
“Bunun ətrafında həm manipulyasiyalar, spekulyasiyalar gedir, təhdidlər formalaşır, həm də qütblər arasında mübarizənin gedişatına əlavə çalarların qatıldığını görürük. Onlar da ancaq diskussiyalardan ibarətdir, ortada əməli iş yoxdur. NATO elə bir təşkilatdır ki, öz sıralarına stabil ölkələri qəbul edə bilər. Onun nizamnaməsində tək hərbi-texniki məsələlərlə bağlı deyil, həm də ölkələrdə demokratiyanın inkişafı, yeni azadlıqlar mövzusunda normalar var. Üzvlüyə namizəd ölkələr bu normalara cavab verməldir.
Bir halda ki, onun ərazilərində amansız döyüşlər gedir, ikincisi isə ölkədə fikir azadlığında problemlər var. Bundan başqa, korrupsiya geniş yayılıb. Qərb artıq etiraf edir ki, Ukrayna NATO-ya üzv olmaq istəyirsə, korrupsiyaya qarşı ciddi mübarizəyə başlamalıdır. Bu baxımdan, onun NATO-ya üzvlüyü hələki mifik görünür. Bu məsələ ətrafında gedən mübarizələrsə Rusiyaya təzyiq göstərmək cəhdləridir. Necə deyərlər, “bu xəmir hələ çox su aparacaq”.

Politoloq deyib ki, qeyri-stabil bir dövləti NATO heç vaxt öz sıralarına qəbul etməz:
“Qəribə fikirlər formalaşır. Qərb deyir ki, Ukraynananı hissə-hissə alyansa üzv qəbul edə bilərik. Bu nə deməkdir? Hər hansı ölkəni hissə-hissə qəbul etmək - belə bir presedent varmı?! Ukraynanın əsas problemi odur ki, ərazi bütövlüyünü bərpa etsin, Rusiya ilə müharibədə irəliləsin. Digər tərəfdən də daxildə problemlərini həll etsin. İnfrastrukturu bərbad vəziyyətdədir, həyati əhəmiyyətli obyeklər dağıdılıb”.
T.Abbasov qeyd edib ki, Rusiya üçün də Ukraynanın NATO-ya üzvlüyü təhdidddir:
“Hələ Qorbaçov Sovet İttifaqının rəhbəri olanda Şərqi Avropadan qoşunları çıxararkən söz vermişdi ki, bir də oraya qoşun yeritməyəcək. Amma Qərbin qarşısına da şərt qoydu. Qərb dedi ki, NATO harada dayanıbsa, orada da qalacaq, şərqə doğru hərəkət etməyəcək. Lakin biz nəyin şahidi olduq? Onun qüvvələri nəinki irəliləmək, hətta Rusiyanın sərhədlərinə yaxınlaşmağa israr göstərir. Baltikyanı ölkələri NATO-ya qəbul etdilər, Bolqarıstan, Ruminiya, Çexiya, Slovakiya – bunlar hamısı keçmiş Sovet ölkələridir. Amma indi Alyans üzvləridirlər. Eləcə də Ukrayna, Moldova və Gürcüstanı NATO qəbul etmək barədə düşünür. Nə dərəcədə bu reallaşacaq, bəlli deyil”.
Törə Zeynallı
Demokrat.az
Ukraynalı rəsmilər vurğulayıb ki, ölkənin NATO-ya üzvlük məsələsində mövqeyi konkretdir. Qərb Ukraynanın Alyansa üzvlüyü ilə bağlı aydın və qəti fikir bildirməlidir. NATO-dakı Ukrayna Avropanın təhlükəsizliyinin təməl daşıdır.
Kremlin mətbuat rəhbəri Peskovsa Ukraynanın NATO-ya daxil olmasının Avropanın təhlükəsizlik arxitekturası üçün çox mənfi nəticələnəcəyini, bunun Rusiya üçün də mütləq təhlükə, təhdid olacağını vurğulayıb.

Ukraynanın alyansa üzvlüyü Avropa üçün hansı nəticələr verə bilər?
Bu, həqiqətən təhlükədir yoxsa müsbət nəticələri olacaq bir qərar?
Uzun müddətdir Alyansa üzv olmağa can atan Ukrayna bu istiqamətdə hər hansı irəliləyişə nail ola bilibmi?
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, indiki vaxtda Ukrayna NATO-ya daxil olmağa hazır deyil.

Tofiq Abbasov
Onun fikrincə, Ukraynanın NATO-ya üzv olması məsələsi artıq siyasi alverə çevrilib: “Bunun ətrafında həm manipulyasiyalar, spekulyasiyalar gedir, təhdidlər formalaşır, həm də qütblər arasında mübarizənin gedişatına əlavə çalarların qatıldığını görürük. Onlar da ancaq diskussiyalardan ibarətdir, ortada əməli iş yoxdur. NATO elə bir təşkilatdır ki, öz sıralarına stabil ölkələri qəbul edə bilər. Onun nizamnaməsində tək hərbi-texniki məsələlərlə bağlı deyil, həm də ölkələrdə demokratiyanın inkişafı, yeni azadlıqlar mövzusunda normalar var. Üzvlüyə namizəd ölkələr bu normalara cavab verməldir.