Mülki ermənilər BQXK vasitəsilə Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər — VİDEO

GÜNDƏM 29 iyun 2023, 17:59

Bu gün - iyunun 29-da mülki ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən 8 nəqliyyat vasitəsinin sərbəst keçidi təmin edilib.

Bununla bağlı görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top