Liftdə dəhşətli hadisə — Əlil qadın həyatını itirdi

REGİON 09 iyn 2023, 20:26
Türkiyədə evinə qalxmaq istəyən əlil qadın liftdə qalaraq dünyasını dəyişib.

Demokrat.az
xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Burdur vilayətində baş verib.

Belə ki, 76 yaşlı qadın evinə qalxmaq üçün liftə minmək istəyərkən anidən liftin qapısı bağlanıb və hərəkətə başlayıb.

Qadının başı liftin kabinəsi ilə divar arasında qalıb.

Hadisə yerinə dərhal Təcili Tibbi Yardım və xilasetmə qrupları gəlsə də, qadını xilas etmək mümkün olmayıb. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top