Türkiyənin dezinformasiya ilə mübarizəsi davam edəcək — Fəxrəddin Altun

SİYASƏT 06 iyn 2023, 17:37
Dünyada dezinformasiyaya ən çox məruz qalan ölkələrdən biri olaraq bu məsələ ilə bağlı mübarizəmiz davam edəcək.

Demokrat.az
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz rəsmi sosial media hesabında bildirib.

"Bu gün Avropa İttifaqına üzv ölkələr kimi Türkiyə də heç bir sosial media platformasının dezinformasiya mərkəzinə çevrilmək istəmir. Lakin biz bu mübarizəni həm tərəfsiz kimi görünən, lakin Türkiyə siyasətinə müdaxilə etməyə çalışan sosial media şirkətlərinə, həm də Türkiyədə rəqəmsal kommunikasiya platformalarını tənzimləmək cəhdlərimizin qarşısını almağa çalışan Qərb dövlətlərinə qarşı aparmalı oluruq", - deyə o əlavə edib. (AzerPress)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top