Arif Hacılının səhhəti ilə bağlı Pənah Hüseyndən AÇIQLAMA

GÜNDƏM 06 iyn 2023, 16:03
"Bu gün həkimlərlə danışdım. Mənə bildirdilər ki, Arif Hacılının vəziyyəti yaxşıdır".

Bunu Demokrat.az-a sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn Müsavat başqanı Arif Hacılının səhhətindən danışarkən deyib. 

Partiya sədri onun həyatı üçün heç bir təhlükənin olmadığını bildirib.

"Dünən xəstəxanaya yanına getdim, ancaq reanimasiyada olduğu üçün görə bilmədim. Bu gün də yanına getməyi düşünürəm. Məndə olan məlumata görə, şükür vəziyyəti yaxşıdır. Yaxın 1-2 gündə gözlənilir ki, evə buraxılsın". 

Xatırladaq ki, iyunun 3-də Müsavat başqanı Arif Hacılı açıq ürək əməliyyatı olunub. Bu haqda onun müavini Fərəc Kərimli məlumat yayıb.


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top