Siyavuş Novruzov: “Dünyada qapı-qapı düşüb, borc istəyən ölkələr var”

İQTİSADİYYAT 06 iyn 2023, 12:28
“Dünyada baş verən hadisələrə baxanda görürük ki, bəzi ölkələr qapı-qapı düşüb borc istəyir, Dünya Bankının qarşısında növbə gözləyirlər. Lakin ölkəmizdə belə bir vəziyyət yoxdur”. 

Demokrat.az
xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında səsləndirib. 

“Vaxt var idi ki, dövlət büdcəmizin 1 milyard olmasını sevinclə qarşılayırdıq. İndi isə birdən-birdə büdcə xərcləri 3 milyard artırılır. Dünyanın heç bir ölkəsində ilin ortasında büdcədə belə dəyişikliklər edilmir. Azərbaycan sosial dövlətdir və insanların həyat şəraitinin yaxşılaşdırılması üçün lazımi addımlar atılır.  

Bəzən, antimilli qüvvələr başlayırlar ki, “biz mitinq keçirdik, belə dedik deyə dövlət addım atdı”. Lakin dövlətin konsepsiyası var və buna uyğun addımlar atılır”, - deyə deputat əlavə edib. (Bizim.media.az)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top