Cennifer Lopez etiraz aksiyalarının qurbanı oldu

DÜNYA 05 iyn 2023, 21:30
Hollivudda keçirilən etiraz aksiyaları səbəbilə bir çox çəkiliş dayandırıldığı kimi, dünyaca məşhur ulduz Cennifer Lopezin də yeni layihəsinin çəkilişləri dayandırılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.

Məlumata görə, Hollivud ssenaristləri 15 ildən sonra yenidən tətil aksiyası keçirmək qərarına gəliblər.

Dünyanın ən məşhur aktrisalarından biri olan Cennifer Lopezin yeni filmi də bu aksiyaların qurbanı olub.

Aktrisanın yeni layihəsi olan "Unstoppable" filmi təxirə salınıb və çəkilişlər dayandırılıb.

Xatırladaq ki, tətil aksiyaları mayın 2-dən bəri davam edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top