Əhaliyə ŞAD XƏBƏR: Bulvarda yeni attraksionlar quraşdırılacaq

SOSİAL 05 iyn 2023, 15:50
Dərs ilinin başa çatmasına sayılı günlər qalıb. Məktəblilər yay tətilinə buraxılırlar. Yay tətilində uşaqların ən çox üz tutduğu məkanlardan biri isə Dənizkənarı Bulvar, buradakı attraksionlardır.

Lakin bir müddətdir ki, bulvar ərazisində bəzi attraksionların istifadəsi dayandırılıb, bir neçə attraksion sökülüb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib ki, bulvar ərazisindən yığışdırılan atraksionlar köhnəlmişdi, müasir tələblərə cavab vermirdi.

“Köhnəlmiş attraksionların yığışdırılması həm də insanların təhlükəsizliyi baxımından vacib idi. Onlar yeni nəsil attraksionlarla əvəzlənəcək. Artıq yeniləri sifariş olunub. İlkin mərhələdə onların bir neçəsini ilin sonuna qədər bulvarda görmək mümkün olacaq”, - deyə Ə.Mehdiyeva bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top