Türkiyənin yeni xarici işlər naziri Azərbaycana səfər edəcək

XARİCİ SİYASƏT 04 iyn 2023, 13:26
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Demokrat.az
xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov telefon danışığında Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidanı ölkəmizə səfərə dəvət edib.

Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.

Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top