Şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə turnirin açılış mərasimi keçirildi — FOTOLAR

İDMAN 03 iyn 2023, 21:25
02 iyun 2023-cü il tarixdə Salyan rayon 20 Yanvar küçəsində yerləşən Dəmiryolçu stadionunda Salyan rayonunun Qarabağ uğrunda canını fəda etmiş Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol üzrə turnirin açılış mərasimi keçirilmişdir. Turnirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsini parlaq zəfərlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Son 15-20 il ərzində yetişmiş Azərbaycan Gəncləri Xalqımızın qalib olduğu Vətən müharibəsində məğrur ordumuzun möhtəşəm qələbə qazanmasında danılmaz rol oynadı.

Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinovun atası, keçmiş hərbçi Əliş Şirinov bildirdi ki, Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi.

Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov qeyd etdi ki, Müzəffər ordumuzun bu parlaq qələbəsində Gənclərin özünəməxsus rolu və payı oldu. Torpaqlarımızın bütövlüyü uğrunda apardığımız haqq mübarizəmizdə Azərbaycan qəhrəmanları Vətən uğrunda döyüşərək Şəhidlik zirvəsinə ucaldılar və adlarını Xalqımızın şanlı tarixinə yazdılar.

Sonra çıxış edənlər Vətən müharibəsi şəhidi Sabir Salahovun atası Hikmət Salahov, Vətən müharibəsi şəhidi Hüseynağa Balıyevin atası Salman Balıyev, Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası Dadaş Quliyev , Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Zamiq Əsgərov Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz qələbə əvvəlki faciələrimizin ağrı-acılarını ovutduğunu qeyd etdi, iştirak edən komandalara uğurlar arzu etdilər.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Daha sonra Vətən müharibəsi şəhidi Balıyev Hüseynağanın övladı topa rəmzi zərbə vurması ilə birinciliyə start verildi.

İlk oyun günü aşağıdakı nəticələr qeydə alındı.

Lokomativ –Sarvan 1-1
Lokomativ2 – Dayıkənd 0-2
Turnirdə A və B qruplarında olmaqla 8 komanda mübarizə aparacaqdır.

Hər qrup üzrə 1-ci və 2- ci yeri tutmuş komandalar mübarizəni davam etdirəcəkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top