Naxçıvan Dövlət Universitetinin tədris və tədqiqat imkanları genişləndirilir

SOSİAL 03 iyn 2023, 09:45
Naxçıvan Dövlət Universiteti üçün yeni kampus, elm və araşdırma xəstəxanası tikiləcək, ingilis dili təmayüllü orta məktəb fəaliyyətə başlayacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə universitetin rektoru Elbrus İsayev bildirib.

Rektor qeyd edib ki, bu layihələrin icrasına yaxın vaxtlarda başlanılacaq və universitetin tədris, elmi-tədqiqat imkanları daha da genişləndiriləcək.

Qeyd edək ki, hazırda Naxçıvan Dövlət Universiteti Azərbaycan universitetləri arasında ən böyük tədris kampusuna malik universitetdir.

Universitet Böyük Britaniyanın “Times Higher Education” nəşri üzrə dünya universitetlərinin reytinqin siyahısında da yer alır. Universitetdə 2 mindən artıq əcnəbi tələbə təhsil alır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top