Sevgilisinə baxdığına görə fəhləni bıçaqladı

HADİSƏ 02 iyn 2023, 22:54
Türkiyədə gənc oğlan sevgilisinə baxdığına görə inşaatda çalışan fəhləni bıçaqlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, hadisə Türkiyənin Burdur vilayətində baş verib.

Gənc oğlan sevgilisi ilə yeni tikilən binaların yanından keçərkən, oradakı işçilərdən biri ilə mübahisə etməyə başlayıb.

Fəhlənin sevgilisinə baxdığını iddia edən 18 yaşlı gənc bıçağa əl atıb və mübahisə qanla nəticələnib.

Hadisə yerinə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib. 

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hücum edən gənc isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top