Yelkən Federasiyasının məşqçiləri və yelkənçisi “İdman Azərbaycan”da — FOTO

İDMAN 02 iyn 2023, 16:32
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Baku Sailing Regatta-2023” yarışı keçirilib. Bu münasibətlə iyunun 2-də Azərbaycan Yelkən Federasiyasının məşqçiləri və yelkənçisi İdman Azərbaycan kanalının “İdman səhər” verilişində qonaq olublar. Məşqçilər Seyhun Yıldız, Yasin Çakır, idmançı Ayla Babayeva “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında təşkil olunan reqatadan ətraflı danışıb, həmçinin tamaşaçılara maarifləndirici faydalı məlumatlar verilib.

Qeyd edək ki, İdman tv-nin “İdman səhər” proqramı həftə içi hər gün saat 09:00-10:30-dək canlı yayımlanır. Verilişdə günün aktuallıq kəsb edən məsələləri, idman hadisələri təqdim və müzakirə olunur. Ən son idman yeniliklərindən bəhs edilir, yarışlar barədə məlumatlar çatdırılır.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top