Yevlaxda avtomobil aşdı: Ölən və yaralılar var

HADİSƏ 28 may 2023, 18:59
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

İçərisində Bərdə rayon sakinlərinin olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq kanalın yaxınlığına aşıb.

Qəza nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Saxavət oğlu Fərzəliyev dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Qeyd edək ki, avtomobildə olanlardan birinin qəzanın baş verdiyi yerin yaxınlığında olan su kanalına düşdüyü ehtimal edilir. Buna görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top