Türkiyəli nazir: “Xalqımız demokratiyaya sahib çıxır"

REGİON 28 may 2023, 10:52
“Xalqımız demokratiyaya sahib çıxır. Bu, gözəldir. Seçici fəallığının yüksək olacağını düşünürəm”.

Demokrat.az
xəbər verir ki, bunu Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün səsvermədə iştirak edən ədliyyə naziri Bekir Bozdağ jurnalistlərə açıqlamasında deyib.

O, səsvermənin nəticəsinin xeyirli olmasını arzulayıb.

Həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum da səs verib. O vətəndaşları səsvermədə fəal iştirak etməyə çağırıb.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top