KİV: Rusiya gələn ay yüzlərlə alman diplomatını və müəllimini ölkədən çıxaracaq

REGİON 27 may 2023, 17:15
Rusiya gələn ay alman diplomatlarını, müəllimlərini və mədəniyyət işçilərini ölkədən çıxarmağı planlaşdırır.

Demokrat.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın qərarını tənqid edərək, bunu "birtərəfli, əsassız və anlaşılmaz" adlandırıb.

Almaniyanın "Sueddeutsche Zeitung" xəbər agentliyinin məlumatına görə, bu qərar bir neçə yüz alman dövlət işçisinə, o cümlədən alman mədəniyyətini və dilini xaricdə təbliğ edən Höte İnstitutunun müəllimləri və işçilərinə şamil olunacaq.

"Rusiya Xarici İşlər Nazirliyi aprel ayında xaricdəki nümayəndəliklərimizdə və Rusiyadakı alman vasitəçi təşkilatlarında işçilərin sayına məhdudiyyət tətbiq etmək qərarını açıqlamışdı", - Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Sözçü əlavə edib ki, bu qərar Rusiyada çalışan almanların sayında "böyük bir azalmaya səbəb olacaq".

Almaniya Rusiyanın gələn həftə reallaşdıracaq bu qərarına qarşı konkret cavab açıqlamayıb.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top