Tovuzda 75 yaşlı kişi minaya düşərək xəsarət alıb — TƏFƏRRÜAT — YENİLƏNİB

HADİSƏ 27 may 2023, 10:47
Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

09:39

Tovuz rayonunda yerli sakinin minaya düşərək yaralandığı hadisənin təfərrüatı məlum olub.

Demokrat.az
xəbər verir ki, 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mal-qaranı otaran zaman qadağan olunmuş əraziyə keçib və nəticədə mina partlayışı baş verib.

Əvvəllər həmin şəxsə ərazinin minalı sahə olması, həyatı üçün təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq olub.

Faktla bağlı araşdırma davam etdirilir.

09:23

Bu gün saat 08:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

09:14

Tovuz rayonunun Əlibəyli kəndində yerli sakin minaya düşərək xəsarət alıb.

Demokrat.az
xəbər verir ki, rayon sakini Abdulla Ələsgərov ərazidə olan zaman minaya düşərək yaralanıb.

Xəstəxanaya yerləşdirdilən A.Ələsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top